Bakı. 25 noyabr. REPORT.AZ/ "Neftçi" futbol klubu prezidentinin müşaviri Elnur Əşrəfoğlu cəzalandırılıb. "Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Səbəb kimi onun Topaz Premyer Liqasında XII turun “Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etməsi və bu hərəkətini KİV-də də davam etdirməsi göstərilib.
İntizam Komitəsi klub rəsmisinin 10 oyunluq stadiona girişinə qadağa qoyub, "Neftçi"ni isə 20 min manat cərimələyib.