Cənubi Amerika Futbol Konfederasiyası ABŞ-ın yeni qitələrarası turnir keçirilməsi təklifini rədd edib
- 01 mart, 2019
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ABŞ-ın 2020-ci ildə yeni qitələrarası turnir keçirməsi təklifini rədd edib.
"Report" AFP-ə istinadən xəbər verir ki, ABŞ Futbol Federasiyasının prezidenti Karlos Kordeyro Şimali, Mərkəzi, Cənubi Amerika və Karib hövzəsindən ən yaxşı komandaların iştirakı ilə turnir keçirmək təklifi ilə CONMEBOL-un 10 fedarasiyasına müraciət edib.
Turnirin 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə eyni vaxtda reallaşacağı gözlənilirdi.
CONMEBOL-un rəhbəri Alexandro Dominges Kordeyroya göndərdiyi məktubda turnirin təşkil edilməsinin logistik problemlərinin çox mürəkkəb olduğunu bildirib. Bundan əlavə turnir 2020-ci ildəki Amerika Kuboku ilə eyni vaxta düşəcəkdi.
Dominges ABŞ-ın bu təklifinin yanvarda CONCACAF-ın CONMEBOL-un 2020-ci il Amerika Kubokuna dəvətini geri çevirməsindən sonra üzə çıxmasına təəccübləndiyini bildirib. Eyni zamanda CONCACAF ABŞ-ın təklifini alqışlayaraq, yeni turnirin regional turnir - CONCACAF Gold Cup-a yaxşı əlavə olacağını qeyd edib.