Abdullah Zubirin "Qarabağ"da qalacağı dəqiqləşib
Futbol
- 29 iyun, 2024
- 16:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq Mərakeş əsilli fransalı futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.
32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.
Son xəbərlər
13:10
"Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub
Energetika
13:10
Vüqar Gülməmmədov: "Büdcənin bəzi maddələri təkmilləşdirilməlidir"
Maliyyə
13:06
Qazaxıstan "Drujba" ilə neft ixracının bərpası üçün Rusiyadan cavab gözləyir
Energetika
13:02
Orxan Qubatov: "Azərbaycanda bilyardın daha da inkişaf etməsini istəyirəm"
Fərdi
12:54
Gələn il Naxçıvanın büdcəsi 510 milyon manat ola bilər
Maliyyə
12:53
Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
Ekologiya
12:50
Gələn il İTSF-nin büdcəsi 3 milyard manata yaxın olacaq
Maliyyə
12:49
Azərbaycanda sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Ekologiya
12:49
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə