Klub prezidenti: "Qarabağ"a ayırdığımız vəsaiti azaltmamışıq" - YENİLƏNİB

Klub prezidenti: "Qarabağ"a ayırdığımız vəsaiti azaltmamışıq" - YENİLƏNİB "Dedim sonra demə ki, güclü klub yoxdur"
Futbol
7 Oktyabr , 2016 14:12
Klub prezidenti: Qarabağa ayırdığımız vəsaiti azaltmamışıq - YENİLƏNİB

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qarabağ"ı əvvəlki kimi dəstəkləyirik, devalvasiyaya baxmayaraq onlara ayırdığımız vəsaiti azaltmamışıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsun Holding"in və "Qarabağ" futbol klubunun prezidenti Abdulbari Goozal deyib.

O deyib ki, təmsil etdiyi qurum sonadək bu klubu dəstəkləyəcək: "Son qəpiyimizə qədər "Qarabağ"a dəstək olacağıq. Bu, bizim borcumuzdur. "Qarabağ" bizim üçün qürur mənbəyidir. "Qarabağ" Qarabağın mövcudluğunun sübutudur. Təcavüzkar ölkə bu adı ələ keçirmək üçün çalışır. Klubu saxlayacağıq, əgər bacarmasaq, bayrağı başqasına təklif edəcəyik".

A.Gozal "Qarabağ"ın son oyunu ilə bağlı da danışıb: "Qarabağın uğursuzluğuna üzüldüm. Amma bu yaxınlarda futbola baxırdım. "Barcelona"nın 900 mln. dollarlıq büdcəsi olduğu halda 80 mln. dollarlıq büdcəsi olan klubdan 4 top buraxdı. Belə hallar da olur".

*** 13:52

"Azersun Holding"in və "Qarabağ" futbol klubunun prezidenti Abdulbari Goozal komandanın son vəziyyətindən danışıb.

"O gün Qurban Qurbanovdan soruşdum ki, Qarabağ futbol klubu niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdi, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq", - bunu jurnalistlərə "Azərsun Holding"in prezidenti Abdulbari Goozal deyib.

O qeyd edib ki, "Qəbələ"yə uduzandan sonra münasibət dəyişdi: "Amma getdi "Qəbələ"ylə oynadı və iki qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur".

Son xəbərlər

Orphus sistemi