Abdolbari Goozal: "Futbolçular "Qarabağ"a gələndə iki dəfə artıq pul istəyirlər"

Abdolbari Goozal: "Futbolçular "Qarabağ"a gələndə iki dəfə artıq pul istəyirlər" Abdolbari Goozal: "Oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər"
Futbol
5 Fevral , 2020 17:57
Abdolbari Goozal: Futbolçular Qarabağa gələndə iki dəfə artıq pul istəyirlər

"İndi istədiyimiz oyunçunu tapa bilmədik". 

Bunu “Report”a eksklüziv açıqlamasında "Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozal qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən deyib.

O, transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: "Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdır. Yəni istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik". 

A.Goozal legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib: "Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, Avropa kuboklarında oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki Avropa kuboklarına vəsiqə qazanırıq". 

Son xəbərlər

Orphus sistemi