A Seriyasında azarkeşlərin tribunalara qayıda biləcəyi vaxt açıqlandı

A Seriyasında azarkeşlərin tribunalara qayıda biləcəyi vaxt açıqlandı Futbol üzrə İtaliya A Seriyasında azarkeşlərin tribunalara nə vaxt qayıda biləcəyi açıqlanıb.
Futbol
22 Dekabr , 2020 09:04
A Seriyasında azarkeşlərin tribunalara qayıda biləcəyi vaxt açıqlandı

Futbol üzrə İtaliya A Seriyasında azarkeşlərin tribunalara nə vaxt qayıda biləcəyi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Radio Rai"yə açıqlamasında məlumat verib.

O bildirib ki, azarkeşlər futbolun əsas simalarıdır: "Onlar olmadan matçlar tamamlanmayacaq. Fanatların stadionlara qayıtması üçün nə qədər vaxt lazım olduğunu bilmirəm. Ümid edirəm ki, bu, yanvar ayında gerçəkləşəcək. Amma hər şey bizdən asılı deyil".

Qeyd edək ki, İtaliya A Seriyasında "Milan" 31 xalla birinci pillədə qərarlaşıb. "İnter" 30 xalla ikinci, "Yuventus" isə 27 xalla üçüncüdür.

Son xəbərlər

Orphus sistemi