3 komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi

3 komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.
Futbol
2544
30 Sentyabr , 2020 05:15
3 komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib. 

"Report"un məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib. Qarşılaşmalardan 2-də heç-heçə, 1-də darmadağın qeydə alınıb. 

"Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olub. Görüş qolsuz bərabərliklə yekunlaşıb. İlk matçda səfərdə 3:3 hesablı heç-heçə etdiyindən, Budapeşt komandası Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Molde" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.  

Daha bir qolsuz heç-heçə Kiprdə "Omoniya" ilə Yunanıstan "Olimpiakos"u arasındakı qarşılaşmanın yekununda baş verib. İlk matçda 2:0 hesablı qələbə qazandığı üçün "Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsinə adlayıb. "Omoniya" isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. 

Ukrayna "Dinamo"su Belçikada 2:1 hesabı ilə yendiyi "Gent"ə Kiyevdə böyük hesabla qalib gəlib - 3:0. Bununla da "Dinamo" yoluna Çempionlar Liqasının, "Gent" isə Avropa Liqasının qrup mərhələsində davam edəcək.  

29 sentyabr
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab görüşləri

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0

Qollar: Vitali Buyalski, 9. Karlos De Pena, 36 (pen.). Jerson Rodrigeş, 49 (pen.)
İlk oyun - 2:1

23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3

Qeyd edək ki, qalan 3 cavab görüşü bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi