Slovakiya yığmasının baş məşqçisi 3 futbolçuya Azərbaycanla oyundan əvvəl istirahət verəcək

Slovakiya yığmasının baş məşqçisi 3 futbolçuya Azərbaycanla oyundan əvvəl istirahət verəcək Videoyazıları izlədikdən sonra arzuolunmaz rəqiblə qarşılaşacağımızı düşünürəm. İordaniya ilə Azərbaycanın oyunlarında oxşar cəhətlər var. Ona görə düşünürəm ki, Azərbaycanla matçdan əvvəl İordaniya ilə yoldaşlıq görüşü keçirməyimiz bizə kömək edəcək.
Futbol
7 İyun , 2019 11:46
Slovakiya yığmasının baş məşqçisi 3 futbolçuya Azərbaycanla oyundan əvvəl istirahət verəcək

"Videoyazıları izlədikdən sonra arzuolunmaz rəqiblə qarşılaşacağımızı düşünürəm. İordaniya ilə Azərbaycanın oyunlarında oxşar cəhətlər var. Ona görə düşünürəm ki, Azərbaycanla matçdan əvvəl İordaniya ilə yoldaşlıq görüşü keçirməyimiz bizə kömək edəcək". 

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal iyunun 11-də Bakıda keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçdan əvvəl İordaniya ilə görüşdə bir neçə əsas heyət üzvünə istirahət verəcəklətini bildirib: "Daha az oyun vaxtı əldə edəcək futbolçuları yoldaşlıq görüşündə meydana buraxacağam. Martin Dubravka, Marek Hamşik və Yuray Kuçka bu görüşdə iştirak etməyəcəklər. Onlara Azərbaycanla matçdan əvvəl istirahət verəcəyik". 

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi