Bakı. 28 iyun. REPORT.AZ/ Çexiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada İsveç və Portuqaliya milliləri üz-üzə gələcək.
Yarımfinalda İsveç Danimarkanı 4:1, Portuqaliya isə İtaliyanı 5:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, final görüşü iyunun 30-da Praqadakı "Eden" stadionunda təşkil olunacaq.