2025-ci ilin ilk avtoqolunun müəllifi "Şamaxı"nın futbolçusu olub

2025-ci ilin ilk avtoqolunun müəllifi "Şamaxı"nın futbolçusu olub 2025-ci ili ilk avtoqolunun müəllifi “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov olub.
Futbol
19 Yanvar , 2025 11:15
2025-ci ilin ilk avtoqolunun müəllifi Şamaxının futbolçusu olub

2025-ci ilin ilk avtoqolunun müəllifi “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov olub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının XIX turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.

Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqolla yadda qalan ilk futbolçudur.

Hüseynov 2022/2023 mövsümündə - 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol müəllifi olmuşdu.

O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/2017, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/2024 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.

Son xəbərlər

Orphus sistemi