19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub Yığma komanda qapısından 7 top buraxıb
Futbol
17 Sentyabr , 2016 13:14
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsində İspaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. 

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüş millinin 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

8-ci qrupun oyunlarına ev sahibliyi edən Azərbaycan ikinci dəfə məğlubiyyətlə üzləşib. Yığma komanda ilk görüşdə Ukraynaya 1:2 hesabı ilə uduzub.

Qrupa 2 oyundan 6 xal toplayan İspaniya yığması rəhbərlik edir. İkinci pillədə isə 3 xalla Ukrayna qərarlaşıb. Azərbaycan və Latviya yığmalarının aktivində isə xal yoxdur.

Qeyd edək ki, qızlardan ibarət milli komanda sonuncu oyununu sentyabrın 20-də Latviyaya qarşı keçirəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Komandalar Oyun Qələbə Bərabərlik Məğlubiyyət Top fərqi Xal
İspaniya 2 2 0 0 25 6
Ukrayna 1 1 0 0 1 3
Azərbaycan 2 0 0 2 - 8 0
Latviya 1 0 0 1 - 18 0

Son xəbərlər

Orphus sistemi