Biz Bakıya əvvəlki iki yarışdan daha yaxşı çıxış etmək məqsədi ilə yollanırıq.
"Report" "Gpblog.com"a istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, Niderland və İtaliyadakı yarışların onlar üçün çətin keçdiyini bildirib:
"Tempimiz yay fasiləsindən əvvəlki kimi deyildi. Bir neçə rəqibimiz irəliyə doğru addım atdı. Həm Azərbaycanda, həm də ondan sonra Sinqapurda təkmilləşdirmələri necə etdiyimizi görmək imkanımız var. Hər ikisi çətin trekdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək. "Mercedes"dən Corc Rassell və Luis Hemilton Niderland və İtaliya Qran-pirilərində podiumda yer almayıblar.