Yuxarı

​Zabit Səmədov Qroznıda revanş döyüşünə çıxacaq

Döyüş Akhmat Fight Show turniri çərçivəsində baş tutacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov polşalı Pol Slovinski ilə revanş döyüşünə çıxacaq. "Report"un məlumatına görə, görüş Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında keçiriləcək.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması dekabrın 26-da "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.

Gecədə Səmədovun təmsil olunduğu "Akhmat" klubunun digər üzvlərindən Salamu Abdurəhmanov, Zurab Beterqarayev, Beslan Uşukov və s. döyüşçülər də mübarizə aparacaq. Eyni zamanda ağır çəkidə Roman Krıklya (Ukrayna) - Konstantin Qluxov (Latviya), Maksim Qrişin (Rusiya) - Stjepan Bekavaç (Xorvatiya) döyüşləri də olacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi