​Zabit Səmədov ən məşhur yapon kikboksçusu ilə super döyüşə çıxacaq

​Zabit Səmədov ən məşhur yapon kikboksçusu ilə super döyüşə çıxacaq Döyüş artıq indidən K-1 yarışlarını izləyənlərin diqqət mərkəzinə düşüb
Fərdi
21 Noyabr , 2014 17:07
​Zabit Səmədov ən məşhur yapon kikboksçusu ilə super döyüşə çıxacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti ay Yaponiyanın ən məşhur kikbosçusu Makoto Uehara ilə super döyüşə çıxacaq.

"Report"un məlumatına görə, bu il dekabrın 29-da Tokio şəhərində baş tutacaq döyüş artıq indidən K-1 yarışlarını izləyənlərin diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, M.Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır. O, Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib. Xüsusilə M.Uehara karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Park üzərində qələbə çalıb.

“Mauqli” ləqəbli məşhur azərbaycanlı Zabit Səmədov isə sonuncu döyüşünü oktyabrın 16-da Dubay şəhərində “Global Fighting Championship” (GFC) adlı turnirdə keçirib. O, iranlı döyüşçü Cəfər Əhmədiyə qarşı çətin keçən döyüşdə xal hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi