Yemelyanenko beynəlxalq turnirdə 35 saniyəyə məğlub olub - VİDEO

Yemelyanenko beynəlxalq turnirdə 35 saniyəyə məğlub olub - VİDEO Bakı. 27 yanvar. REPORT.AZ/ Məşhur rusiyalı döyüşçü Fyodor Yemelyanenko ABŞ-da keçirilən Bellator Qran-prisinin finalında ağır məğlubiyyətlə üzləşib.
Fərdi
27 Yanvar , 2019 13:06
Yemelyanenko beynəlxalq turnirdə 35 saniyəyə məğlub olub - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ Məşhur rusiyalı döyüşçü Fyodor Yemelyanenko ABŞ-da keçirilən Bellator Qran-prisinin finalında ağır məğlubiyyətlə üzləşib.

"Report"un məlumatına görə, 43 yaşlı idmançı amerikalı MMA döyüşçüsü Rayan Beyderə nokautla uduzub.

Görüş cəmi 35 saniyə çəkib. Nəticədə Beyder eyni vaxtda iki çəki dərəcəsində "Bellator" çempionu olub. Onun hesabında MMA döyüşlərində 27 qələbə və 5 məğlubiyyət var.

Yemelyanenko isə 45-ci döyüşündə 6-cı məğlubiyyətlə üzləşib. Görüşlərindən 38 dəfə qalib ayrılan məşhur idmançının daha bir qarşılaşması baş tutmamış sayılıb. Əvvəllər o, "Rings", "Pride" və "M-1 Global" təşkilatlarının çempionu olub.

Son xəbərlər

Orphus sistemi