"World Masters”: Cüdoçularımızdan uğursuz start

"World Masters”: Cüdoçularımızdan uğursuz start Qətərin paytaxtı Dohada start götürən "World Masters” turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.
Fərdi
11 Yanvar , 2021 13:45
World Masters”: Cüdoçularımızdan uğursuz start

Qətərin paytaxtı Dohada start götürən "World Masters” turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

"Report"un məlumatına görə, mübarizə qoşulan 4 idmançının hamısı məğlub olub.

66 kq çəkidə yarışam Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Denis Vieruya, Orxan Səfərov isə israilli Barux Şmailova uduzub.

Qadınların yarışında mübarizəyə 1/16 finaldan başlayan Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Qurbanlı Türkiyə təmsilçisi Gülkədər Şəntürkü, Əliyeva isə Misir idmançısı Əzizə Çakırı üstələyib.

Lakin növbəti mərhələdə uduzan qadın cüdoçular mbarizəni dayandırıblar. Əliyeva ispaniyalı Xuliya Figeroa, Qurbanlı yaponiyalı Funa Tonaki ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters”ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi