WADA nümayəndəsi: "AMADA-nın qısa zamanda gördüyü işlər bizi yaxşı mənada təəccübləndirdi"

WADA nümayəndəsi: "AMADA-nın qısa zamanda gördüyü işlər bizi yaxşı mənada təəccübləndirdi" "Azərbaycanda bir il ərzində antidopinq sahəsində görülmüş işləri çox yüksək qiymətləndiririk"
Fərdi
8 Fevral , 2018 13:24
WADA nümayəndəsi: AMADA-nın qısa zamanda gördüyü işlər bizi yaxşı mənada təəccübləndirdi
WADA nümayəndəsi Rafal Piekota / Report/ Firi Salim

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində Dünya Anti-Dopinq Agentliyinin (WADA) nümayəndəsi Rafal Piekota və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin iştirakı ilə brifinq keçirilib.

“Report”un məlumatına görə, Ş.Hüseynli Azərbaycanda polşalı mütəxəssisi media nümayəndələrin təqdim edərək, səfərin məqsədi barədə məlumat verib. O bildirib ki, WADA nümayəndələri Azərbaycanda apardıqları görüşlərə əsasən rəy hazırlayacaqlar: “Öz rəylərini həm bizə göndərəcəklər, həm də digər ölkələrə  Azərbaycanda antidopinq siyasətinin nə qədər formalaşması, irəli getməsi və il ərzində görülən işlər barədə məlumat veriləcək”.

R.Piekota bildirib ki, bu, Avropa Şurasının Anti-Dopinq Konvensiyası və WADA-nın birgə səfəridir. O, bir il ərzində Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirdiklərini vurğulayıb: “Səfərin məqsədi Azərbaycanda antidopinq siyasətinin monitorinqini aparmaq və məsləhətləşmələr keçirməkdir. Burada olduğumuz müddətdə bir çox dövlət qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi və federasiya nümayəndələri, o cümlədən, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla görüşlər keçirdik. Görüşlərdən çox məmnun qaldıq. Azərbaycanda bir il ərzində görülən işləri çox yüksək qiymətləndiririk. Müşahidələrimizlə bağlı fikrimizi mayda Avropa Şurasında keçiriləcək görüşdə bildirəcəyik. AMADA-nın qısa zamanda gördüyü işlər bizi yaxşı mənada təəccübləndirdi. Qısa müddətdə çox müsbət nailiyyətlər əldə edilib”.  

Son xəbərlər

Orphus sistemi