Vizası ləğv olunan Novak Cokoviç Avstraliyadan deportasiya edilir
Fərdi
- 14 yanvar, 2022
- 08:00
Avstraliyanın immiqrasiya naziri Aleks Houk serbiyalı tennisçi Novak Cokoviçlə bağlı qərar verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı idmançının vizası ləğv olunub. Cokoviç ölkədən deportasiya olunacaq.
Houkun sözlərinə görə, qərar cəmiyyətin maraqlarına uyğun qəbul edilib. Hökumət rəsmisi bunun Avstraliyanı qorumaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Avstraliya sərhədçiləri Cokoviçin vizasını ləğv etsə də, o məhkəmədə apellyasiya şikayətini qazanıb. Bununla belə, ölkə hakimiyyəti tennisçini deportasiya etmək hüququnu özündə saxlayıb.
Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.
Son xəbərlər
13:14
"Ehtiyat zabit hazırlığı kursu"na qəbul elan edilib
Daxili siyasət13:03
"Santos" Neymarla müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb
Futbol12:51
Foto
Türkiyədə avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb
Region12:40
Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb
Xarici siyasət12:33
Bazar günü temperatur enəcək, yağış yağacaq
Ekologiya12:31
Cessi Linqard Cənubi Koreya klubunu tərk edib
Futbol12:22
Foto
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb
İncəsənət12:22
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb
Maliyyə12:11