"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi" "Bu da Ordumuz üçün vacib məsələlərdən biridir"
Fərdi
5 Mart , 2021 11:41
Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi
İsmayıl İsmayılov

Vətən müharibəsinə qatılanların 80 faizini bədən tərbiyəsi və idmanla məşğul olan sağlam gənclər təşkil edib.

"Report"un məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib. O bildirib ki, qarşılıqlı rəqabətdə formalaşan gənclər və idmançı hərbçilər 44 günlük müharibə dövründə 30 ilədək bunkerlər və digər hərbi istehkamlar düzəltmiş Ermənistan ordusunu darmadağın ediblər: "Bu, ölkəmizdə uzun illərdir aparılan uzaqgörən siyasətin, idman siyasətinin nəticəsidir. Hərbçilərimiz arasında Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Naxçıvan xüsusi təyinatlılarının idmanda nailiyyətlər göstərən əsgər və zabitləri də var idi".

İ.İsmayılovun fikrincə, nəinki olimpiya, hətta qeyri-olimpiya növlərinə də xüsusi diqqət və qayğının göstərilməsi yeniyetmələrimizin sağlam və fiziki hazırlıqlı böyümələri baxımından xüsusi əhəmiyyət kəsb edib: "Bu da Ordumuz üçün vacib məsələlərdən biridir".

Son xəbərlər

Orphus sistemi