Üzgüçülük üzrə ikiqat dünya çempionu suda batan kişini xilas edib

Üzgüçülük üzrə ikiqat dünya çempionu suda batan kişini xilas edib İtaliyalı üzgücü Filippo Manyini suda batan kişini xilas edib.
Fərdi
9 İyul , 2019 17:38
Üzgüçülük üzrə ikiqat dünya çempionu suda batan kişini xilas edib

İtaliyalı üzgücü Filippo Manyini suda batan kişini xilas edib. 

"Report"un məlumatına görə, 37 yaşlı idmançı Kalyari şəhəri yaxınlığındakı Kala Sintsias çimərliyində istirahət etdiyi vaxt kömək istəyən şəxsin səsini eşidib.

45 yaşlı Andrea Benedetto batmaq üzrə olarkən Manyini cəld ona tərəf üzüb və xilasedicilər gələnədək suyun üzərində saxlayıb. İdmançı Benedettonu üfürülmüş döşəkçə üzərinə qoyub. 

Qeyd edək ki, Filippo Manyini sərbəst üsulla 100 metr məsafəyə üzmədə ikiqat (2005, 2007) dünya çempionudur. O, dəfələrlə Avropa çempionluğu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında estafet yarışında bürünc medal qazanıb. Manyini antidopinq qaydalarını pozduğu üçün 2018-ci ildə 4 il müddətinə diskvalifikasiya olunub. 

Son xəbərlər

Orphus sistemi