Yuxarı
    Bağlamaq

    ​Useyn Bolt hesabı ödəmədən gecə klubundan qaçıb

    Atlet təxminən 13 min avro dəyərində hesabı ertəsi gün ödəyib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Dünyanın ən sürətli adamı kimi tanınan Useyn Bolt İngiltərənin paytaxtı Londonda yerləşən gecə klublarının birində hesabı ödəmədən qaçıb. "Report"un məlumatına görə, yamaykalı sprinter sifarişin qarşılığında təxminən 13 min avro dəyərindəki hesabı ödəməyib.

    "Mayfair" klubunun işçi heyəti müxtəlif içkilər sifariş etdikdən sonra məkanı tərk edən atletin arxasınca getsələr də, çata bilməyiblər. Ancaq səhəri gün 11 qat dünya və 6 qat olimpiya çempionu kluba gələrək hesabı ödəyib və hərəkətinə görə üzr istəyib.

    Qeyd edək ki, Useyn Bolt 100 metr məsafəyə qaçışda 9.58 saniyəyə, 200 metr məsafəyə isə 19.19 saniyəyə qaçaraq dünya rekordlarının sahibi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi