Ukraynalı federasiya prezidenti: "Məsləhət üçün daim azərbaycanlılara müraciət edirik"

Ukraynalı federasiya prezidenti: "Məsləhət üçün daim azərbaycanlılara müraciət edirik" Ukrayna Kikboksinq Federasiyasının prezidenti, qadınlar arasında kikboks üzrə dünya çempionu Olqa Pavlenkonun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Fərdi
17 Avqust , 2021 11:07
Ukraynalı federasiya prezidenti: Məsləhət üçün daim azərbaycanlılara müraciət edirik
Olqa Pavlenko

Ukrayna Kikboksinq Federasiyasının prezidenti, qadınlar arasında kikboks üzrə dünya çempionu Olqa Pavlenkonun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.


- Ukrayna kikboksinqinin hazırkı hazırlıq göstəricisi hansı səviyyədir. İdmançılarınız arasında neçə azərbaycanlı var?

- Hər şeydən əvvəl onu deyim ki, federasiyamızın elə vitse-prezidenti azərbaycanlı, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu Təşkilatının sədr müavini Elşad İbrahimovdur. Yəni azərbaycanlılar bu sahədə bizdə aktivdirlər. Bundan başqa bu gün bizdə həm yeniyetmələrdən, həm də böyüklərdən ibarət yığma komanda var. Onların tərkibində azərbaycanlı idmançılar da var. Böyüklərin dünya çempionatında Ukraynanın heyətində 3 azərbaycanlı idmançı var idi. Onlardan biri 2017-ci ildəki Ümümdünya Oyunlarının çempionu Orxan Sənanzadədir. O, həm də 2022-ci ildə keçiriləcək Ümumdünya Oyunlarında iştirak üçün namizəddir. Həmçinin Donetskdən olan Rinat Əskərov da var. Eyni zamanda yeniyetmələr komandasından əsas yığmaya keçən də var. Bir neçə yeniyetmə azərbaycanlı da hazırda milli ilə Avropa Çempionatına getmək üçün namizəddir.


(Elşad İbrahimov: Orxan 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş Ümumdünya Oyunlarında 63,5 kq çəki dərəcəsində qızıl medal qazanıb. O ötən ilin oktyabrında Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş kikboksinq üzrə Avropa çempionatının qalibi olub. 2017-ci ildə Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə üçüncü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb).

- Boks və ya kikboks Ukraynada inkişaf etmiş, tanınmış, ənənəsi olan idman növü idi. Necə düşünürsüz, bu, məktəb Ukraynda aktuallığını qoruyub saxlayır?

- Əlbəttə, boks məktəbi hər yerdə aktual olub. Bildiyiniz kimi də, kikboks boks və karatenin qarışığı kimi yaranıb. Boks əllər, karate ayaqlar deməkdir. Beləcə kikboksinqdəki “full-contact” yaranıb və bu gün də o, mövcudluğunu qoruyur. Odur ki, bizdə bu idman növü hər zaman aktuallığını qoruyub. Hətta son olimpiadada kikboksçumuz boks idmanı üzrə yüksək yer tutdu. İdmançılar daim axtarışdadırlar və özlərinə bu və ya digər yerdə, bu və ya digər idman növündə tapırlar.

- Federasiyanız ictimai fəallığı ilə də seçilir. Azərbaycan icmalaı ilə əlaqələriniz, təmasınız necədir ?

- Yuxarda dediyim kimi, Azərbaycan diasporunun bir nümayəndəsi elə biziml birlikdə federasiyanın rəhbərliyində təmsil olunur. Bundan başqa Azərbaycan diasporu bizi dəstəkləyir. Elşadın təmsil olunduğu UABD bizim fəaliyyətimizdə yaxından iştirak edir, dəstəyini əsirgəmir. Bundan başqa azərbaycanlı məşqçilər və idmançılarla bağlı müsbət məsələlər olanda da Elşad İbrahimovla həll edirik, çətinlik olanda da ona müraciət olunur. Ukrayna idman ictimaiyyəti onu bir azərbaycanlı kimi aktivliyini yaxından izləyir. Ona onlar yardım, məsələhət almaq üçün ona müraciət edirlər. Biz də Azərbaycan diasporunun tədbirlərində daim iştirak edirik.

- Azərbaycan Kikboksinq Federasiyası ilə əlaqələriniz nə səviyyədədir? Gələcəkdə hansısa əməkdaşlıq nəzərdə tutulurmu?

- Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevlə söhbətimiz olub. Planlarımıza peşəkar kikboksinq döyüşləri təşkil etmək daxildir. Həmçinin birgə kempinqlər keçirməyi planlaşdırırıq. Gələcəkdə həm həvəskar, həm də peşəkar səviyyədə əməkdaşlıq etməyi düşünürük. Üstəlik, düşünürəm ki, təcrübə mübadiləsi hər zaman xeyirli olub, istər məşqçilər, istərsə də idmançılar səviyyəsində. Azərbaycan Kikboksinq Federasiyası güclüdür, maliyyə dayaqları yaxşıdır. Son üç ildə xeyli irəliləyiş hiss olunur. 15-dən 19-dək Macarıstanda keçiriləcək Dünya Kubokunda Azərbaycan idmançılarını da görə biləcəyimizə ümid edirəm. Çünki belə turnirlər hamı üçün çox vacib olur. Axı K1 üzrə Ümumdünya Oyunlarına lisenziyalar veren turnir olacaq. 2018-ci ildə Azərbaycanda olarkən Kikboksinq Federasiyası ilə milli döyüşlərinin keçirilməsi üzrə razılaşma əldə edilib, sənədlər imzalamışdıq. Ancaq təəssüf ki, COVID-19 pandemiyası buna mane oldu və Ukrayna-Azərbaycan döyüşlərini keçirə bilmədik. Bununla belə, azərbaycanlılar həvəskarlar turnirində iştirak üçün Ukraynaya gəlmişdi. Təcrübə mübadiləsi oldu, uşaqlar öz aralarında söhbət etdilər. Ümid edirəm ki, yaxın zamanlarda bu əlaqə səviyyəsini fizizki və maddi baxımdan yüksəldə biləcəyik və Ukraynada peşəkar döyüşlər keçirəcəyik. Sizdə K1 növü üzrə güclü idmançılar var və onlar beynəlxalq səviyyədə layiqli şəkildə çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi