Ukrayna yığmasının velosipedçiləri Estoniyada qəzaya düşüb

Ukrayna yığmasının velosipedçiləri Estoniyada qəzaya düşüb 5 idmançıdan 2-nə tibbi yardım göstərilib
Fərdi
5 Avqust , 2015 09:55
Ukrayna yığmasının velosipedçiləri Estoniyada qəzaya düşüb

Bakı. 5 avqust. REPORT.AZ/ Ukrayna milli komandasının velosipedçiləri Estoniyanın Tartu şəhərində yol-nəqliyyat qəzasına düşüb. "Report"un "Tartu Postimees"ə istinadən verdiyi məlumata görə, qəza iştirakçıları 5 velosipedçi ilə "Jeep Cherokee" markalı avtomobil olub.

Avtomobil sürücüsü idmançıların maşını sol tərəfdən vurduqlarını bildirib. Velosipedçilər isə maşının onlara yol kəsişməsində zərbə endirdiyini iddia ediblər.

Bütün idmançılar qəza zamanı dəbilqədə olub. Təcili tibbi yardım 21 yaşlı qadın velosipedçiyə yerindəcə ilkin yardım göstərib. Xəstəxanaya çatdırılan 18 yaşlı qadın isə tezliklə ev şəraitində müalicəyə buraxılıb. Avtomobilin 60 yaşlı sürücüsü və velosipedçilər ayıq olublar.

Qeyd edək ki, 6 - 9 avqustda Tartuda velosiped idmanı üzrə Avropa çempionatı start götürəcək.

Son xəbərlər

Orphus sistemi