Ukrayna yığmasının MMA döyüşçüsü müharibədə həlak olub

Ukrayna yığmasının MMA döyüşçüsü müharibədə həlak olub Ukraynanın məşhur MMA döyüşçüsü Yeqor Birkun Mariupol şəhərinin müdafiəsi zamanı öldürülüb.
Fərdi
24 Mart , 2022 20:44
Ukrayna yığmasının MMA döyüşçüsü müharibədə həlak olub

Ukraynanın məşhur MMA döyüşçüsü Yeqor Birkun Mariupol şəhərinin müdafiəsi zamanı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının rəsmi feysbuk səhifəsində bildirilir.

Birkun martın 23-də "Azov" alayının tərkibində döyüş tapşırığını yerinə yetirdiyi vaxt həlak olub. Həmin gün o, Ukrayna millisinin heyətində dünya çempionatında çıxış etməli idi. Lakin Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar idmançının planlarında dəyişiklik baş verib.

Son xəbərlər

Orphus sistemi