Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar - YENİLƏNİB

Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar - YENİLƏNİB Rəhimli, Z.Hüseynova və X.Hüseynova finaladək bütün rəqiblərini məğlub edərək, qızıl medal görüşünə çıxmağa haqq qazanıblar
Fərdi
26 May , 2021 17:06
Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar - YENİLƏNİB

Azərbaycanın daha bir pracüdoçusu Bakıdakı beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

"Report"un məlumatına görə, qadınların mübarizəsində 63 kq çəki dərəcəsində yarışan Xanım Hüseynova finalda rusiyalı Olqa Pozdnişyevanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

70 kq-da çıxış edən Zülfiyə Hüseynova isə finalda Alana Maldonadoya (Braziliya) məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Kişilərin yarışında isə Hüseyn Rəhimli (81) gümüş medal əldə edib. O, həlledici qarşılaşmada Davurxan Kəramətova (Özbəkistan) uduzub.

14:03

Bu gün Bakıda paracüdo üzrə beynəlxalq Qran-Priyə yekun vurulacaq.

"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycanın 8 paracüdoçusu mübarizəyə qoşulub.

Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi +70kq) tatami üzərinə çıxıblar.

İdmançılardan üçü finala yüksəliblər. Rəhimli, Z.Hüseynova və X.Hüseynova finaladək bütün rəqiblərini məğlub edərək, qızıl medal görüşünə vəsiqə qazanıblar.

Hüseyn Rəhimli həlledici qarşılaşmada Davurxan Kəramətovla (Özbəkistan) üz-üzə gələcək. Zülfiyyə Hüseynovanın finaldakı rəqibi Alana Maldonado (Braziliya) olacaq. Xanım Hüseynova isə qızıl medal uğrunda Olqa Pozdnişyeva (Rusiya) ilə qüvvəsini sınayacaq.

Digər paracüdoçular isə məğlub olaraq, medal şansını itiriblər.

Qeyd edək ki, ilk gündə Azərbaycanın 6 paracüdoçusu fəxri kürsüyə qalxıb. Onlardan ikisi qızıl, dördü isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi