Paracüdoçularımızdan 2 qızıl, 4 bürünc medal - YENİLƏNİB

Paracüdoçularımızdan 2 qızıl, 4 bürünc medal - YENİLƏNİB Rəqibini məğlub edən Abbaslı turnirin qızıl medalını qazanıb
Fərdi
25 May , 2021 17:37
Paracüdoçularımızdan 2 qızıl, 4 bürünc medal - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycanın daha bir paracüdoçusu Bakıda keçirilən beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

"Report"un məlumatına görə, qadınların yarışında Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq-dakı idmançı finalda Parvina Səməndərovadan (Özbəkistan) güclü olub. Bu çəkidə çıxış edən digər Azərbaycan paracüdoçusu Afaq Sultanova isə bürünc medal əldə edib. O, türkiyəli Zeynep Çelik üzərində qələbə qazanaraq, 3-cü yeri tutub.

52 kq çəki dərəcəsində mübarizə aparan Bəsti Səfərova isə 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Səbinə Abullayevaya qalib gələrək, bürünc medala sahib çıxıb.

Kişilərin mübarizəsində isə Vüqar Şirinli (60 kq) gürcüstanlı Zurab Zurabianini məğlub edərək, bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan paracüdoçuları yarışın ilk gününü 6 medalla başa vurublar.

17:27

Azərbaycan paracüdoçusu Namiq Abbaslı Bakıda keçirilən beynəlxalq Qran-Pridə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatovla üz-üzə gəlib.

Rəqibini məğlub edən Abbaslı turnirin qızıl medalını qazanıb.

14:56

Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri start götürüb.

"Report"un məlumatına görə, Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən yarışda Azərbaycanın ümumilikdə 18 idmançı təmsil edir.

İlk gündə 6 çəki dərəcəsi üzrə 10 paracüdoçu tatami üzərinə çıxıb.

Kişilərin yarışında Namiq Abbaslı finala vəsiqə qazanıb. 66 kq-da çıxış edən idmançı əvvəlcə Uçkun Karanbayevi (Özbəkistan), ardınca isə Əzəmət Turumbetov (Qazaxıstan) və Davud Xoravanı (Ukrayna) məğlub edən Abbaslı qızıl medal uğrunda özbəkistanlı Utkirjon Niqmatovla qarşılaşacaq.

60 kq-da Vüqar Şirinli ardıcıl olaraq Uqanhu Bolarmaa (Monqolustan) və İsaak Oudkuyder (Əlcəzair) üzərində qələbə qazansa da, yarımfinalda rumıniyalı Florin Boloqaya uduzub. O, bürünc medal görüşünə çıxacaq. Bu çəkidəki digər paracüdoçu Orxan Qarayev startda Anuar Sarıyevə (Qazaxıstan), təsəlliverici görüşdə isə Yadamdorj Suhbaatora məğlub olub.

66 kq çəki dərəcəsindəki Bayram Mustafayev ilk görüşdə Serxio İbanyesdən (İspaniya) güclü olsa da, 1/8 finalda Oljas Orazulla bacarmayıb. O, təsəlliverici qarşılaşmada isə braziliyalı Eduardo Qautoya uduzub.

73 kq-da çıxış edən Ramil Qasımov yarımfinaladək Cibril Yaf (Portuqaliya) və Simone Kannizarronu mübarizədən kənarlaşdırsa da, finala gedən yolda Giorgi Kaldaniyə (Gürcüstan) məğlub olub. O, bürünc medal uğrunda almaniyalı Nikolay Kornhassla üz-üzə gələcək.

Qadınlıarın mübarizəsində isə Sevda Vəliyeva (57 kq) adını finala yazdırıb. O, 1/4 finalda Lusia Arajuoya (Braziliya), yarımfinalda isə Zeynel Çelikə (Türkiyə) qalib gəlib. Vəliyevanın həlledici görüşdəki rəqibi Parvina Səməndərova (Özbəkistan) olacaq.

Şəhanə Hacıyeva (48 kq) təsəlliverici, Bəsti Səfərova, Səbinə Abdullayeva (hər ikisi 52 kq) və Afaq Sultanova (57 kq) isə bürünc medal görüşlərinə çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi