Türkiyə milli komandası Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb

Türkiyə milli komandası Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb Kişi ağırlıqqaldıranlar arasında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub
Fərdi
147
10 Avqust , 2016 04:22
Türkiyə milli komandası Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyə milli komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. 

"Report"un məlumatına görə, kişi ağırlıqqaldıranlar arasında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.

Türkmənistanlı legioner iki hərəkətin cəmində 351 kq (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kq (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kq (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.

Qeyd edək ki, bu çəkidə Türkiyə ilə yanaşı, Qırğızıstan da ilk medalı əldə edib.

Son xəbərlər

Orphus sistemi