Türkiyə cüdoçusu Avropa çempionu oldu

Türkiyə cüdoçusu Avropa çempionu oldu Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Fərdi
17 Aprel , 2021 22:22
Türkiyə cüdoçusu Avropa çempionu oldu

Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı finalda Mattias Kasseyə qızıl xal bölümündə qalib gəlib. Bu, həm də "ay-ulduzlular"ın ilk medalı olub.

Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vano Revazişvilidir. O, 2 mart 1993-cü ildə Qazaxıstanın Kokçetav şəhərində gürcü ailəsində doğulub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Yunanıstanı Roman Mustopulos adı ilə təmsil edib. 2017-ci ildən Türkiyə yığmasında Vedat Albayrak adı ilə mübarizə aparır.

Albayrak 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Avropa çempionatındakı ilk görüşündə isə o, azərbaycanlı cüdoçu Murad Fətiyevi yenib.

Son xəbərlər

Orphus sistemi