Tomas Bax olimpiadaya vəsiqə qazanan transgenderdən danışdı

Tomas Bax olimpiadaya vəsiqə qazanan transgenderdən danışdı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas yeni zelandiyalı transgender ağırlıqqaldıran Lorel Habbardın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakına münasibət bildirib.
Fərdi
17 İyul , 2021 14:00
Tomas Bax olimpiadaya vəsiqə qazanan transgenderdən danışdı
Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas yeni zelandiyalı transgender ağırlıqqaldıran Lorel Habbardın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakına münasibət bildirib.

"Report"un məlumatına görə, almaniyalı funksioner IOC İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, idmançı bütün qəbul edilmiş qaydalara uyğun olaraq olimpiadaya vəsiqə qazandığı üçün yarışda iştirak etmək hüququna malikdir.

Onun sözlərinə görə, beynəlxalq federasiyaların təsnifatdan öncə qəbul etdiyi qərarları yarış zamanı dəyişdirmək olmaz: "Biz bu məsələni bütün maraqlı tərəflərlə araşdırdıq. Məsələnin tək həll yolu olmadığı üçün hər şey konkret idman növündən asılıdır. Əsas olan ədalətli rəqabət ruhunu qorumaq və insan hüquqlarına hörmət etməkdir".

Qeyd edək ki, Lorel Habbard olimpiadaya vəsiqə qazanan ilk transgender idmançı kimi tarixə düşüb. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi