Tokio olimpiadası ilə bağlı yeni rüşvət faktları üzə çıxıb

Tokio olimpiadası ilə bağlı yeni rüşvət faktları üzə çıxıb 2013-2014-cü illərdə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF - hazırkı Dünya Atletikası) prezidenti Lamin Diakın oğlu Papa Massat Diakın hesabına 370 milyon ABŞ dollarınadək vəsait köçürülüb
Fərdi
21 Sentyabr , 2020 10:15
Tokio olimpiadası ilə bağlı yeni rüşvət faktları üzə çıxıb
Papa Massat Diak

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının Sifariş Komitəsi 2013-2014-cü illərdə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF - hazırkı Dünya Atletikası) prezidenti Lamin Diakın oğlu Papa Massat Diakın hesabına 370 milyon ABŞ dollarınadək vəsait köçürüb.

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, pullar kiçik Diaka Sinqapurun "Black Tidings Co." şirkəti vasitəsilə ötürülüb. Bu şirkət 2013-cü ildə Sifariş Komitəsindən konsaltinq xidməti üçün 2 milyon dollar alıb. 

Lakin Papa Massat Diak alınmış vəsaitin Tokio olimpiadasına heç bir aidiyyatının olmadığını açıqlayıb. O, həmçinin bildirib ki, ödənişlər Çində hansısa sponsorluq müqaviləsi ilə bağlı olub. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü olmuş Lamin Diakın Tokionun xeyrinə səsverməyə təsir göstərə biləcəyinin mümkünlüyü iddia olunur.  

Sentyabrın 16-da Paris Məhkəməsi Lamin Diakı iki ili şərti olmaqla, dörd il müddətinə azadlıqdan məhrum edib və 500 min avro cərimələyib. Papa Massat Diak passiv və aktiv korrupsiyada rolu, habelə etibardan sui-istifadədə günahkar bilinib. Məhkəmə ona beş illik həbs cəzası verib və 1 milyon avro cərimə edib, on il müddətində idman təşkilatlarında vəzifə tutmasına qadağa qoyub.  

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi