Tokio-2020: Yarışlarda iştirak edə biləcək azarkeşlərin sayı açıqlandı

Tokio-2020: Yarışlarda iştirak edə biləcək azarkeşlərin sayı açıqlandı Tokio-2020 Yay Olimpiya Oyunlarında hər yarışda iştirak edə biləcək azarkeş sayı açıqlanıb.
Fərdi
21 İyun , 2021 13:00
Tokio-2020: Yarışlarda iştirak edə biləcək azarkeşlərin sayı açıqlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında hər yarışda iştirak edə biləcək azarkeş sayı açıqlanıb.

"Report" Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, arenaların ümumi tutumunun 50 faizi qədər tamaşaçıya icazə veriləcək. Lakin bu halda ümumi say 10 min nəfəri keçməməlidir.

Bu, dövlətin kütləvi tədbirlərə qoyduğu məhdudiyyətlərlə əlaqədardır. Yoluxma artsa və tibbi xidmətin sayı çoxalsa, dərhal beştərəfli komissiya gələcək addımları müzakirə etmək üçün bir araya gələcək.

Yay Paralimpiya Oyunları ilə bağlı qərar isə iyulun 16-dək açıqlanacaq.

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdrılıb.

Son xəbərlər

Orphus sistemi