Tokio-2020: Hacı Əliyev və Şərif Şərifovun əsas rəqibləri açıqlandı

Tokio-2020: Hacı Əliyev və Şərif Şərifovun əsas rəqibləri açıqlandı Sərbəst güləş üzrə Rusiya yığmasının Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.
Fərdi
24 İyun , 2021 14:08
Tokio-2020: Hacı Əliyev və Şərif Şərifovun əsas rəqibləri açıqlandı

Sərbəst güləş üzrə Rusiya yığmasının Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, komandada Zaur Uquyev (57 kq), Hacımurad Rəşidov (65 kq), Zaurbek Sidakov (74 kq), Artur Nayfonov (86 kq), Abdulrəşid Sadulayev (97 kq) və Sergey Kozırev (125 kq) yer alıb.

Rəşidov Azərbaycan təmsilçilərindən 3 qat Avropa və 3 dünya çempionu Hacı Əliyevin, Sidakov Hacımurad Hacıyevin, Sadulayev isə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun ən əsas rəqiblərindən olacaq.

Sadulayev hazırkı olimpiya çempionu olmaqla yanaşı, 4 qat dünya və Avropa çempionudur. Rəşidov və Sidakov isə iki dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb. Olimpiadada sərbəst güləş yarışları 4 - 7 avqustda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi