Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşüb

Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşüb Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər.
Fərdi
23 Avqust , 2021 12:42
Tokio-2020: İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər.

MPK-dan "Report"a verilən məlumata görə, görüş zamanı Rəhimov idmançılar üçün yaradılmış şəraitlə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb. Komitə rəhbərliyi idmançılara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust - 5 sentyabrda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi