Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq

Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.
Fərdi
5 İyul , 2021 18:02
Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.

"Report"un məlumatına görə, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək. Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir: "Bu ildən Oyunlarda gender bərabərliyi siyasəti aparılır. Ona görə də açılış mərasimində bütün ölkələr iki bayraqdarla təmsil olunacaqlar".

Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi