Tokio-2020: İki karateçimiz lisenziyasız qaldı
Fərdi
- 12 iyun, 2021
- 12:10
Azərbaycanın daha iki karateçisi Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində qüvvəsini sınayıb.
"Report"un məlumatına görə, kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.
6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.
Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.
Son xəbərlər
22:35
Fransada 130-dan çox insan suda boğulub
Digər ölkələr22:22
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
Region22:09
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Region21:59
Yaşar Güler: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Region21:44
"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib
Futbol21:40
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Energetika21:36
Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər
Region21:14
Video
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
Hadisə21:11