Tokio-2020: Boksçularımız lisenziya turnirində mübarizəni bərpa edir

Tokio-2020: Boksçularımız lisenziya turnirində mübarizəni bərpa edir Bu gün Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Təsnifat Turniri bərpa olunacaq
Fərdi
4 İyun , 2021 10:30
Tokio-2020: Boksçularımız lisenziya turnirində mübarizəni bərpa edir

Bu gün Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Təsnifat Turniri bərpa olunacaq.

"Report"un məlumatına görə, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlasa da, üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılan yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu rinqə çıxacaq. Onların hər biri 1/4 final mərhələsinə vəsiqə uğrunda döyüşəcəklər.

Kişilər
1/8 final
69 kq

Lorenzo Sotomayor – Sebastian Terteryan (Danimarka)

81 kq
Alfonso Dominqes – Stefan Hrekul (Ukrayna)

Qadınlar
1/8 final
57 kq

Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə)

75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)

Qeyd edək ki, 5 gün davam edəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanın 7 boksçusu mübarizəni davam etdirir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda Cavid Çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) növbəti günlərdə yarışa qoşulacaqlar.

Onların qüvvəsini sınadıqları 63 kq çəki dərəcəsində 8, 69 kq, 81 kq, 57 kq-da 6, +91 kq və 75 kq-da 4 idmançı Oyunlarda iştirak hüququ qazanacaq.

Son xəbərlər

Orphus sistemi