Tokio-2020: Azərbaycanın ən gənc və ən yaşlı paralimpiyaçıları açıqlanıb

Tokio-2020: Azərbaycanın ən gənc və ən yaşlı paralimpiyaçıları açıqlanıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək ən gənc və ən yaşlı idmançı bəlli olub.
Fərdi
6 Avqust , 2021 11:13
Tokio-2020: Azərbaycanın ən gənc və ən yaşlı paralimpiyaçıları açıqlanıb
İlqar Rəhimov

Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək ən gənc və ən yaşlı idmançı bəlli olub.

"Report'un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarış öncəsi təşkil edilmiş mətbuat konfransında bildirib.

O, Uşaq Paralimpiya hərəkatının üzvlərinin də Tokioda ölkəni təmsil edəcəklərini söyləyib: "Yeniyetmələr Dana Şandıbina və Vəli İsrafilov üzgüçülük idman növündə millinin tərkibində olacaq. Ən gənc idmançı Şandıbinanın 17, ən yaşlısı güllə atıcısı Yelena Taranovanın isə 59 yaşı var. Taranova 6-cı dəfə paralimpiadada qüvvəsini sınayacaq".

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi