Azərbaycanın daha üç cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə yüksəlib
Fərdi
- 23 iyul, 2025
- 21:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycanın daha 3 üzvü fəxri kürsüyə qalxıb.
"Report" xəbər verir ki, Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq) gümüş medala yiyələniblər.
52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı.
3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.
Son xəbərlər
12:24
Ukraynada Azərbaycan vətəndaşlarının bank kartlarını talayan beynəlxalq kiberdələduzluq şəbəkəsinə qarşı əməliyyat keçirilib
Hadisə
12:23
Azərbaycanda ümumi depo hesablarının sayı 200 minə yaxındır
Maliyyə
12:21
Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb
Digər ölkələr
12:20
Səbinə Əliyeva: Qarşıdakı mərhələdə əsas hədəf insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir
Daxili siyasət
12:18
"Şamaxı" və "Turan Tovuz" meydana kənar şəxslər daxil olduğu üçün 2500 manat ziyana düşüb
Futbol
12:18
MDM emitentlərin regional bölgüsünü açıqlayıb
Maliyyə
12:17
"Qarabağ" klubu 4500 manat cərimələnib
Futbol
12:17
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
12:15
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb
Hadisə