Tokio-2020: Zöhrə Ağamirova 18-ci yeri tutub

Tokio-2020: Zöhrə Ağamirova 18-ci yeri tutub Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında medalsız qalıb
Fərdi
6 Avqust , 2021 13:42
Tokio-2020: Zöhrə Ağamirova 18-ci yeri tutub
Zöhrə Ağamirova

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

"Report"un məlumatına görə, 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk "10-luq"dan kənarda qalıb. O, halqa ilə çıxışda 23,000 xalla 16-cı, topla 23,400 xalla 17-ci, lentlə 19,900 xalla 15-ci, gürzlə isə 21,500 xalla 21-ci yeri tutub.

Qeyd edək ki, final mərhələsi avqustun 7-də olacaq.

12:45

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

"Report"un məlumatına görə, 4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı idmançı ilk "10-luq"dan kənarda qalıb. O, hazırda 11-ci yerdə olsa da, digər bədii gimnastlar çıxışlarını davam etdirdiklərindən daha aşağı mövqelərə də enə bilər.

12:17

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu çıxışını edib.

"Report"un məlumatına görə, 20 yaşlı idmançı bu dəfə gürzlə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Hakimlərdən 21.500 xal alan Ağamirova 4 hərəkətin cəmində xallarını 87.800-ə çatdırıb. O, hələlik bu növdə 14-cü, 4 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

10:24

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını başa vurub.

"Report"un məlumatına görə, 20 yaşlı idmançı bu dəfə lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Hakimlərdən 19.900 xal alan Ağamirova hələlik bu növdə birincidir. O, 3 hərəkətdən sonra ümumi sıralamada isə 5-ci pillədə qərarlaşıb.

09:00

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparır.

"Report" xəbər verir ki, 20 yaşlı idmançı topla hərəkətlərdə 23,400, halqa ilə çıxışında isə 23.000 xala layiq görülüb.

O, hazırda 46,400 xalla 26 idmançı arasında 15-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzlərlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

07:43

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.

"Report" xəbər verir ki, 20 yaşlı idmançı halqa ilə hərəkətlərdə 23,000 xala layiq görülüb.

Ağamirova daha əvvəl topla çıxışında 23,400 xal qazanıb. O, hazırda 46,400 xalla 5-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

05:59

Azərbaycanın bədii gimnastiı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.

O, birinci cəhdində 23,400 xala layiq görülüb.

Ağamirova daha sonra halqa ilə, lentlə və gürzələrlə bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi