Tokio-2020: Azərbaycanın 5 paralimpiyaçısı mübarizə aparacaq
Fərdi
- 29 avqust, 2021
- 20:00
Bu gün Azərbaycanın 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
"Report"un məlumatına görə, yarışın növbəti günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayacaq.
Səid Nəcəfzadə və Kamil Əliyev uzunluğa tullanma, komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edəcək. Atletika yarışları Bakı vaxtı ilə saat 04:34-də start götürəcək. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.
Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) medal qazanmağa çalışacaq. Hüseynov Bakı vaxtı ilə saat 06:00-da, Aslanov isə 13:30-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 3 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər
15:08
Azərbaycanda əkin sahələrinin 67 %-də taxıl biçini yekunlaşıb
ASK15:05
Foto
Azərbaycan Zimbabve ilə enerji əməkdaşlığını müzakirə edib
Energetika14:57
Bu il Bakı–Naxçıvan–Bakı aviareysi üzrə 367 mindən çox sərnişin daşınıb
İnfrastruktur14:56
Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları peşə bayramı münasibətilə təbrik edib
Xarici siyasət14:53
Foto
AZAL bu ilin ilk yarısında 1,9 milyon sərnişin daşıyıb
İnfrastruktur14:53
Qill: Koşta, fon der Lyayen və Ərdoğan Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər
Digər ölkələr14:42
Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda keçiriləcək
Futbol14:41
Foto
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
İnfrastruktur14:36
Foto