Tokio-2020: Azərbaycan boksçusu yarımfinala yüksəlib

Tokio-2020: Azərbaycan boksçusu yarımfinala yüksəlib Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Fərdi
30 İyul , 2021 14:44
Tokio-2020: Azərbaycan boksçusu yarımfinala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala yüksəlib.

İlk raundda 5 hakimdən 3-ü Malkanın, digər ikisi isə Domingesin lehinə qərar verib. 2-ci və 3-cü raundda isə bütün hakimlər Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib.

İkinci hissənin sonunda türkiyəli boksçu noqdauna düşüb.

Qeyd edək ki, Alfonso Dominges 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetovu mübarizədən kənarlaşdırıb. O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi