Yuxarı
    Bağlamaq

    Teymur Rəcəbov Vüqar Həşimovun xatirə superturnirində iştirak etməyəcək

    Tanınmış şahmatçı səhhətini səbəb göstərib

    Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turnirinin iştirakçılar siyahısında dəyişiklik baş verib. 

    "Report"un məlumatına görə, Teymur Rəcəbov səhhəti ilə əlaqədar superturnirə qatıla bilməyəcək. 

    Bu səbəbdən yarışın 10-cu iştirakçısı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.

    Qeyd edək ki, "Synergy Group" ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi