Teymur Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu - YENİLƏNİB

Teymur Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu - YENİLƏNİB Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.
Fərdi
9 May , 2020 22:05
Teymur Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu - YENİLƏNİB

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub. FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.

Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər. Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub.

Beləliklə, mayın 10-da keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək. 


*** 21:12

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması son 2 turda Rusiya və Avropa komandaları ilə üz-üzə gəlib. Hər iki görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Birinci lövhədə oynayan Rəcəbov ilk görüşündə rusiyalı Vladislav Artemyovu yenib. 

Bu, 35 yaşlı qrossmeysterin Millətlər Kubokunda ilk qələbəsi olub. O, son qarşılaşmasında isə fransalı Maksim Vaşyö-Laqravla heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi