Tanınmış şahmatçı ABŞ vətəndaşı oldu
Fərdi
- 05 mart, 2021
- 10:06
2012-ci ildən ABŞ-ı təmsil edən tanınmış şahmatçı Uesli So rəsmən bu ölkənin vətəndaşı olub.
"Report" "new.uschess.org" saytına istinadən xəbər verir ki, Filippin əsilli qrossmeyster fevralın 26-da qeydiyyata alınıb.
So daha yaxşı gələcək üçün bu addımı atdığını bildirib: "Amma bu, o demək deyil ki, mən Filippini sevmirəm. Orada yaxşı xatirələrim var. Mən şəhərdə yox, əyalətdə doğulmuşam. Pulum yox idi. Daha irəli getmək istəyirdim və bunu edə biləcək yalnız bir ölkə var idi: ABŞ".
Qeyd edək ki, 28 yaşlı Uesli So ötən ay dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinin qalibi olub. O, yarımfinalda Azərbaycan şahmatçısı Teymur Rəcəbovu mübarizədən kənarlaşdırıb.
Son xəbərlər
11:21
İRİA: Dövlət nəqliyyat şirkətlərinin əməliyyat çətinliklərinin həllində yerli startaplara üstünlük veriləcək
İKT11:20
TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır - ƏLAVƏ OLUNUB
Sosial müdafiə11:17
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün maliyyə mexanizmi tətbiq edəcək
Sağlamlıq11:14
Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:12
İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
Xarici siyasət11:10
Nasar Hayat: BMT 2030-cu ilə qədər ANAMA-ya dəstəyini davam etdirəcək
Xarici siyasət11:08
Ali Məhkəmə: İcarəyə götürülmüş obyektdəki təmir xərcləri geri ödənilməyə bilər
Daxili siyasət11:07
Sona Ağayeva: "Dünya çempionatında qazandığım bürünc medal daha böyük uğurların başlanğıcıdır"
Fərdi11:07
Foto