Yuxarı
    Bağlamaq

    Taekvondo üzrə Azərbaycan yığmasının yarımfinaldakı rəqibi müəyyənləşib

    Azərbaycan idmançıları mübarizə apardığı qrupda Belçika və ABŞ yığmalarını məğlub edib

    Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın kişi taekvondoçulardan ibarət yığması Bakıda keçirilən komandalararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. 

    "Report"un məlumatına görə, yığmanın yarımfinaldakı rəqibi Türkiyə olacaq.

    Azərbaycan idmançıları mübarizə apardığı qrupda Belçika və ABŞ yığmalarını məğlub ediblər.

    Belçika ilə görüşdən 27:8 hesablı qələbə ilə ayrılan azərbaycanlı taekvondoçular ABŞ-a 42:4 hesabı ilə qalib gəlib. Bununla da yığma komanda çempionatın yarımfinalına yüksəlib.

    Qadınlardan ibarət yığma komanda isə yarımfinala yüksəlmək üçün Türkiyədən olan idmançıları məğlub etməlidir. Qadın taekvondoçular ilk görüşdə ABŞ-ı 11:6 hesabı ilə məğlub etsələr də, növbəti görüşdə Cənubi Koreyaya 2:24 hesabı ilə məğlub olub.

    Azərbaycan yığmasında kişilərdən Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+87 kq), qadınlardan Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal ( hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Oogink (73 kq) iştirak edəcək.

    Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan çox olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kq-dır. Qaydalara görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər.

    İki gün davam edəcək dünya çempionatı “G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcək.

    Görüşlərə saat 10:00-da start verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi