Yuxarı

SOCAR və "Azercell" Bakı Şahmat Olimpiadasının tərəfdaşı olub

Ümumilikdə 12 şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasının keçirilməsində dəstək olan şirkətlərin adları açıqlanıb. 

Olimpiadanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 42-ci Ümumdünya Şahmat Olimpiadası üçün 12 şirkətlərlə tərəfdaşlıq müqaviləsi imzalanıb. Onların arasında SOCAR və "Azercell" də var.

Tərəfdaşlar mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı, Azərbaycan milli komandalarına uğurlar arzu edib.

Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi