Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində II turun görüşləri keçirilib.
"Report"un məlumatına görə, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb.
Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar. Azərbaycanın daha 2 təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.
Digər görüşlərin nəticələri isə belədir:
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.
*** 17:55
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində daha bir görüş başa çatıb.
"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar.
Daha əvvəl Azərbaycanın daha 2 təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. Eyni nəticə Rusiyalı Sergey Karyakin və çinli Dinq Liren arasındakı qarşılaşmada da qeydə alınıb.
Hazırda Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) və Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) görüşləri davam edir.
Qeyd edək ki, ilk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb.
*** 17:36
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində bu gün II turun görüşləri keçirilir.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gəlib. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkib. Görüş 50-ci gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5.
Rusiyalı Sergey Karyakin və çinli Dinq Liren arasındakı qarşılaşma da "sülh"lə bitib.
Hazırda Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya), Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) və Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşləri davam edir.
Qeyd edək ki, ilk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb.