Şəhriyar Məmmədyarov: "Şuşa turniri barədə oxuyanda həyəcanlandım"

Şəhriyar Məmmədyarov: "Şuşa turniri barədə oxuyanda həyəcanlandım" "Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım".
Fərdi
23 İyun , 2022 16:40
Şəhriyar Məmmədyarov: Şuşa turniri barədə oxuyanda həyəcanlandım

"Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım".

"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Ölkədə Bakıdan kənarda böyük şahmat turnirlərində iştirak etdiyini xatırladan 37 yaşlı qrossmeyster Şuşanın adı gələndə qeyri-adi hisslər yaşadığını bildirib: "Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram. Şuşada turnirin olacağını oxumaq qürurvericidir. Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək. Ümid edirəm ki, Şuşa turniri bu il başlayacaq və hər il ənənəvi təşkil olunacaq".

Qeyd edək ki, Şuşa turniri 21 - 24 sentyabrda keçiriləcək. Yarışda Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz

Son xəbərlər

Orphus sistemi