Şəhriyar Məmmədyarov bu gün Karuana ilə qarşılaşacaq

Şəhriyar Məmmədyarov bu gün Karuana ilə qarşılaşacaq Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.
Fərdi
9 May , 2022 09:15
Şəhriyar Məmmədyarov bu gün Karuana ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Azərbaycan təmsilçisi hazırda 1,5 xalla 10 şahmatçı arasında 6-cı pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Son xəbərlər

Orphus sistemi