Şəhər merinin dişlədiyi olimpiya medalı dəyişdiriləcək

Şəhər merinin dişlədiyi olimpiya medalı dəyişdiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarında çempion olmuş softbol üzrə Yaponiya millisinin üzvü Miu Qotonun medalı dəyişdiriləcək.
Fərdi
12 Avqust , 2021 15:32
Şəhər merinin dişlədiyi olimpiya medalı dəyişdiriləcək
Miu Qoton

Tokio-2020 Yay Olimpiya Oyunlarında çempion olmuş softbol üzrə Yaponiya millisinin üzvü Miu Qotonun medalı dəyişdiriləcək.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, buna səbəb idmançının koronavirusa yoluxma təhlükəsidir.

Qoto yarışdan sonra yaşadığı Naqoya şəhərinə qayıdıb. Şəhər meri Takasi Kavamura qarşılama mərasimində 20 yaşlı idmançının medalını öz boynundan asaraq, onu dişləyib və şəkil çəkdirib.

Bundan başqa, Kavamura qadın idmançının ünvanına yersiz ifadələr işlədib və onunla romantik münasibət qurmağın mümkün olub-olmadığını soruşub. Bundan sonra Naqoya meriyasına şəhər rəhbərinin hərəkətləri ilə bağlı 7 mindən çox şikayət daxil olub. O, pandemiya zamanı karantin qaydalarını pozmaqda, eləcə də təcavüzdə ittiham olunurdu.

Kavamura artıq etdiyi hərəkətə görə üzr istəyib. O, Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita ilə də danışıb və yeni qızıl medalın pulunu ödəmək istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi